Ödəyicinin tələbi ilə ödəyicinin təchizatçısının məsul şəxsi birbaşa debitləşmə üzrə ödəniş sərəncamının öz imzası və ştampı ilə təsdiq edilmiş surətini ödəyiciyə təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Inkasso sərəncamları ilə ödəniş əməliyyatlarının aparılması zamanı borclunun (ödəyicinin) ödəniş hesabına xidmət göstərən təchizatçı (icraçı təchizatçı) məcburi icra orqanları tərəfindən inkasso sərəncamlarına əlavə edilən icra sənədlərinə əsasən ödənişi ödəyicinin ödəniş hesabından mübahisəsiz qaydada (ödəyicinin sərəncamı olmadan) həyata keçirir.