Kredit köçürməsi üzrə geri qaytarılmış pul vəsaiti ödəyicinin təchizatçısı tərəfindən ödəyicinin ödəniş hesabına mədaxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Təchizatçı ilə ödəniş xidməti istifadəçisi arasında ödəniş sərəncamının icrası üçün Qanunun 29.2-ci maddəsinə uyğun olaraq başqa müddət razılaşdırıldıqda ödəniş əməliyyatı kredit köçürməsinin “Ödənişlə əlaqədar əlavə məlumat” hissəsində qeyd olunan tarixdə həyata keçirilir.