Magistral neft kəmərlərinin trası normativ sənədlərin tələblərinə uyğun olaraq birbaşa görünmə hüdudlarında, lakin ən azı hər 500 m-dən bir olmaqla, eləcə də döngələrdə və digər magistral neft kəmərləri və kommunikasiyalarla kəsişmə yerlərində hündürlüyü 1,5-2 m olan məlumat nişanları ilə təchiz edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Məlumat nişanlarına fərqləndirici, xəbərdarlıq və qadağanedici nişanlar aiddir:

 

– havadan keşik çəkmə zamanı havadan oxunması üçün sipəri olan “MNK-NİN MÜHAFİZƏ ZONASI” kilometrlik fərqləndirici nişanı;

 

– “MÜHAFİZƏ ZONASI” fərqləndirici nişanı;

 

– “DÖNGƏ GÖSTƏRİCISİ” fərqləndirici nişanı;

 

– “KOMMUNİKASİYALARIN KƏSİŞMƏSİ” fərqləndirici nişanı;

 

– “QONŞU SAHƏLƏRƏ XİDMƏT EDƏN BÖLMƏLƏRİN MƏSULİYYƏT ZONALARININ HÜDUDLARI” fərqləndirici nişanı;

 

– “DIQQƏT NEFT KƏMƏRİ! KEÇİD BURDANDIR!” xəbərdarlıq nişanı;

 

– “YANĞIN TƏHLÜKƏSI VAR. TEZALIŞAN MADDƏLƏR” xəbərdarlıq nişanı;

 

– “NEFT KƏMƏRİ. ODDAN TƏHLÜKƏLİDİR!” xəbərdarlıq nişanı;

 

– “DİQQƏT NEFT KƏMƏRİ (NEFT MƏHSULLARI KƏMƏRİ)! TEXNIKANIN HƏRƏKƏTİ QADAĞANDIR!” qadağanedici nişanı;

 

– “KEÇİD QADAĞANDIR!” ” qadağanedici nişan;

 

– “LÖVBƏR ATMAQ OLMAZ!” qadağanedici nişan;

 

– “ELEKTRİK KABELİ. QAZMAQ OLMAZ!” qadağanedici nişan;

 

– Avtomobil yolları ilə kəsişdiyi yerlərdə “DAYANMA QADAĞANDIR!” qadağanedici yol nişanı;

 

– “SUALTI KEÇİD” xəbərdarlıq nişanı.