İttiham aktına əlavə edilmiş arayışda cinayət işinin materiallarının müvafiq vərəqlərinə istinad edilməklə maddi sübutların saxlanıldığı yer göstərilir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Konkret cinayət işi üzrə maddi sübut başqa cinayət işləri üzrə maddi sübutdan ayrı saxlanılır. Açılmamış cinayətlər haqqında icraatı dayandırılmış cinayət işləri üzrə maddi sübutlar hərəkətdə olan işlərin maddi sübutlardan ayrıca, onların saxlanılmasını və gələcəkdə istifadə olunmasını təmin edəcək, qablaşdırılmış möhürlənmiş şəkildə saxlanılır. Cinayət işinə əlavə edilmiş maddi sübutun olduğu kimi saxlanılmasına təhqiqat və ya istintaq aparan şəxs məsuldur. İş üzrə götürülmüş və ayrı saxlanılan maddi sübutların saxlanılmasına DTX-nin müvafiq qurumların rəhbərləri tərəfindən təyin edilmiş şəxs məsuldur.