Neft kəmərinin xəttinə baxış keçirən xətti hissənin xidməti heyəti qəza təhlükəli sahələrin yerlərdə işarələnməsi üçün daşınan xəbərdaredici nişanlarla, neftin çıxdığı zonanın çəpərlənməsi üçün siqnal lenti ilə, daşınan qazanalizatorla və əleyhqazlarla, partlayışdan mühafizəli daşınma fənərlərlə və rabitə vasitələri ilə təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Süzgəcli əleyhqazların xarakteristikası Əlavə 9-da verilmişdir.

 

Süzgəcli əleyhqazların xarakteristikası

 

Qutu-ların markasıƏleyqazların süzgəcli qutularının tanınma rəngləri və texniki xüsusiyyətləriZərərli maddələrin siyahısı
AAerozol süzgəcli olmayan, qəhvəyi rəngliÜzvi buxarlar, benzin, ağ neft, aseton, benzol, kükürdlü karbon, toluol, spirtlər, efirlər, anilin, benzolun birləşmələri və onun homoloqları və s.
AAerozol süzgəcli, qəhvəyi rəngli, ağ şaquli zolaqlıYuxarıdakılardan əlavə, toz, tüstü və duman
VAerozol süzgəcli olmayan, sarı rəngliTurş qazlar: sulfid qazı, xlor, hidrogen sulfid, sinil turşusu, xlorlu fozgen, azot oksidləri
VAerozol süzgəcli, sarı rəngli, ağ şaquli zolaqlıYuxarıdakılardan əlavə, toz, tüstü və duman
COAerozol süzgəcli olmayan boz rəngliKarbon oksidi
KDAerozol süzgəcli olmayan boz rəngliAmmonium və hidrogen sulfidin ammoniumla qarışığı
KDAerozol süzgəcli, boz ağ rəngli, şaquli zolaqlıYuxarıdakılardan əlavə, toz, tüstü və duman