Baytarlıq apteklərinin daxilində və ətraf ərazisində gəmiricilərə və həşəratlara qarşı rübdə ən azı 1 (bir) dəfə olmaqla dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.

Baytarlıq aptekinin girişi ayaqqabı təmizlənməsi üçün xüsusi ayaqaltı çərçivələrlə təchiz olunmalı və təmiz saxlanılmalıdır.