Ödəniş hesabı müqaviləsində nəzərdə tutulduqda ödəyicinin təchizatçısı kredit köçürməsi əsasında vəsait alanın xeyrinə ödənişləri dövri olaraq həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Bu halda kredit köçürməsinin “Ödənişlə əlaqədar əlavə məlumat” hissəsində aşağıdakı məlumatlar qeyd olunur:
– ödənişin həyata keçirilməsi tarixi;
– dövri ödənişlərin başa çatdığı tarix.