Lifli materiallardan və məmulatlardan zavod şəraitində hazırlanmış istilik izolyasiya konstruksiyalarının hesablama qalınlığı 20 mm-ə bölünən qiymətədək yuvarlaqlaşdırmaqla qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sərt, çoxməsaməli və köpdürülmüş plastik materiallar üçün müvafiq normativ sənədlərə uyğun və hesablama qalınlığına ən yaxın olan qalınlıq qəbul edilməlidir.