Korporativ kart hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin (bundan sonra – fərdi sahibkar) sahibkarlıq fəaliyyəti ilə bağlı açılmış ödəniş hesabında olan pul vəsaitlərindən ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən ödəniş alətidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Əvvəlcədən ödənilmiş ödəniş aləti əvvəlcədən mədaxil edilmiş pul həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə və (və ya) nağd pul vəsaitinin əldə edilməsinə imkan verən kart və ya şəbəkə əsaslı elektron puldir.