Xarici dövlətin bayrağı altında üzən və Azərbaycan Respublikasının limanlarına və ya dəniz əməliyyatları bazalarına daxil olan gəminin sənədlərinin tanınması Azərbaycan Respublikasının beynəlxalq müqavilələri əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin həmin şəhadətnaməni verən orqan tərəfindən təsdiq olunmuş surəti istisna olmaqla, gəmidə bütün gəmi sənədlərinin əsli olmalıdır.