Ticarət gəmiçiliyindən yaranan və Ticarət Gəmiçiliyi Məcəlləsin ilə tənzimlənməyən və ya tam tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur:

– yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması;

– su bioloji ehtiyatlarının ovu:

– gəmilərin dəniz bələdçisi ilə keçirilməsi;

– dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı;

– yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları;

– dənizdə batmış əmlakın qaldırılması;

– dəniz ətraf mühitinin qorunması və saxlanması;

– digər təsərrüfat, elmi, tədris, idman, gəzinti və mədəni məqsədlər üçün istifadə.