Gəminin sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsi, ölçü şəhadətnaməsi, yük nişanı haqqında şəhadətnaməsi, minimum heyət tərkibi haqqında şəhadətnaməsi və neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında şəhadətnaməsi olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.