Qərarda cinayət işinin nömrəsi, başlanma tarixi, cinayət məsuliyyətinə cəlb edilən şəxs haqqında məlumatlar, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olmadıqda isə cinayətin qısa məzmunu, təhvil verilən maddi sübutların dəqiq adları göstərilməlidir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
“Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi” (forma № QQ-1), “Təhqiqat və ya ibtidai istintaq dövründə götürülmüş qiymətli əşyaların qəbulu qəbzi”nin (forma № QQ-2) forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göstərilən maddi sübut sayılan əşyalar və eləcə də qəbz kitabçaları dəmir şkaf və seyflərdə, oğurlanmaqdan və xarab olmaqdan qorunmanı tam təmin edən otaqlarda (saxlama kamerasında) saxlanılmalıdır. Həmin əşyalar saxlanılan seyf, şkaf və yerlər iş vaxtından sonra möhürlənib mühafizə üçün təhvil verilməlidir.