Gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnaməsi itdikdə, bu sənədin dublikatını gəmini qeydiyyata alan orqan verir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman göstərilən sənəd itdikdə, Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) gəmi kapitanının ərizəsi əsasında gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti şəhadətnamə verə bilər. Həmin sənəd verildiyi gündən bir ay ərzində gəmini qeydiyyata alan orqan tərəfindən dublikat ilə əvəz edilir.