Kart əsaslı ödəniş alətinin ekvayrinqinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ekvayer ilə vəsait alan təsərrüfat subyekti arasında bağlanmış müqavilədə azı aşağıdakılar müəyyən edilir:
– təsərrüfat subyektinin adı və fəaliyyət sahəsi;
– xidmətin göstərilməsi, ödənişlərin qəbulu və hesablaşmaların aparılması qaydası;
– tətbiq edildikdə, əməliyyatlar üzrə müəyyən edilmiş limitlər;
– əməliyyatların təhlükəsiz aparılması ilə bağlı tərəflərin öhdəlikləri;
– tətbiq edildikdə, xidmət haqqı və onun hesablanma qaydası;
– təsərrüfat subyektinin xeyrinə qəbul edilmiş ödənişlər və həmin ödənişlər üzrə tutulan xidmət haqları barədə təsərrüfat subyektinin məlumatlandırılması qaydası;
– təsərrüfat subyektinin və ekvayerin kart əsaslı ödəniş aləti ilə əməliyyatının düzgün icra edilməməsi, əməliyyatın geri qaytarılması və mübahisələrin həlli qaydası.