Ödəniş sərəncamlarının hansı hallarda qüsurlu sayıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəniş sərəncamları aşağıdakı hallarda qüsurlu sayılır:
– bu Qaydada göstərilmiş müddət (3 iş günü) keçdikdə;
– ödəniş sərəncamının rekvizitlərində uyğunsuzluq olduqda;
– ödəniş sərəncamı natamam doldurulduqda, o cümlədən ödənişin təyinatı göstərilmədikdə;
– rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında uyğunsuzluq olduqda;
– üzərində düzəliş və ya pozulmalar edildikdə;
– nüsxələr arasında uyğunsuzluq olduqda;
– ödəniş sərəncamında və imza nümunələri vərəqəsində qeyd olunmuş imzalar arasında uyğunsuzluq olduqda;
– möhür olmadıqda və ya uyğun gəlmədikdə (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda). Bu tələb müvəqqəti olaraq möhür olmadan ödəniş sərəncamlarının rəsmiləşdirildiyi hallara şamil edilmir.