Ukraynanın Rusiyanın Krasnodar diyarında yerləşən “Qafqaz” limanına raket zərbəsi endirib.

Heftelik.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin “Neptun” raketi ilə zərbə endirməsindən sonra 30 yanacaq çəni olan “Korno Treyder” bərəsindəki 15 nəfər itkin düşüb.

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnən gəmi “Qavkaz” limanının sularında batıb.