Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası ilə bağlı inkasso sərəncamları təchizatçıya icra məmurları tərəfindən təqdim olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
İcra məmurlarının tələbi ilə ödəyicinin ödəniş hesabından vəsaitin mübahisəsiz qaydada silinməsi üçün əsas olan icra sənədləri icra qanunvericiliyi ilə müəyyən edilir.