Ödəniş hesabı müqaviləsində başqa hal nəzərdə tutulmadıqda dövri ödənişlərin müddəti bir ildən çox ola bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Bu müddət başa çatdıqdan sonra ödəyici dövri ödənişlərin aparılmasını nəzərdə tutan yeni kredit köçürməsini təqdim edə bilər. Dövri ödəniş əməliyyatlarının icrasından imtina ilə bağlı prosedurlar Qanunun 22.2-ci maddəsi ilə tənzimlənir.