Azərbaycan Respublikasında ticarət gəmiçiliyinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət nəzarətini aşağıdakı istiqamətlərdə həyata keçirir:
– ticarət gəmiçiliyinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasına;
– gəmilərin təhlükəsiz hərəkətinin idarəetmə sisteminə;
– dəniz yollarının və dəniz yollarında qurulmuş texniki naviqasiya vasitələrinin vəziyyətinə;
– gəmilərin dövlət qeydiyyatına və gəmilərə olan hüquqlara;
– dəniz bələdçi xidmətinə və dəniz limanlarında, habelə dəniz əməliyyatları bazalarında gəmilərin hərəkətini idarəetmə sisteminə;
– xilasetmə xidmətinə və onun digər xilasetmə xidmətləri ilə qarşılıqlı fəaliyyətinə;
– dəniz ətraf mühitinin mühafizəsinə.