Ekvayrinq xidməti təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması vasitəsilə həyata keçirildikdə ekvayer ilə təsərrüfat subyekti arasında müqavilənin bağlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın tələblərinə də riayət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.