Ət satışı müəssisəsi ət və ət məhsullarının qəbulunun, saxlanmasının və satışının həyata keçirildiyi və “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verən tikililər və ya ticarət obyektlərində bu məqsədlə ayrılmış xüsusi yerlərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Heyvan və quş cəmdəyi baytarlıq-sanitariya qaydalarına uyğun kəsilərək qansızlaşdırılmış, dərisi soyulmuş və ya tükləri təmizlənmiş (quşlara münasibətdə), daxili orqanları, başı kəsilib və ətrafları diz oynağından ayrıldıqdan sonra bütöv heyvan və quş gövdəsidir.