Eyni texniki dəhlizdən keçən kommunikasiyaların fiziki şəxslərə mənsub olan müəssisələrində texniki dəhlizdən keçən kommunikasiyalara olan tələblərə və onlara birgə nəzarətin həyata keçirilməsinə dair təlimat olmalı, eləcə də kommunikasiyaların zədələnməsi və yaxud mühafizə zonalarına şamil olunmuş tələblərin pozulması halları aşkar edildikdə həmin müəssisələr bir-birini bu barədə məlumatlandırmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.