Parçalarla, tikişlərlə sıx birləşdirilmiş kətan layları ilə, kəndirlərlə izolyasiya edilərkən istilik izolyasiya qatlarının minimum qalınlığı 30 mm qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Qəliblənmə ilə formalaşmış sərt  məmulatlarla izolyasiya edilərkən istilik izolyasiya qatlarının minimum qalınlığı müvafiq normativ sənədlərlə nəzərdə tutulmuş minimum qalınlıq qəbul edilməlidir.

Lifli sıxlaşdırılan materiallardan hazırlanan məmulatları ilə izolyasiya edilərkən istilik izolyasiya qatlarının minimum qalınlığı  40 mm olmalıdır.