Maddi sübutların və cinayət işləri üzrə götürülmüş digər predmet və qiymətli əşyaların, habelə maddi sübut olmayan nağd pulun uçotu xüsusi açılmış “Maddi sübutların, qiymətli əşyaların və sair əmlakın uçotu kitabı”nda  aparılır.

Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Bu kitab maddi sübutların, qiymətli əşyaların və sair əmlakın saxlanılması və uçotunu aparan məsul şəxsdə olur. Kitabın uçotu müvafiq sənədlərə əsasən dürüst şəkildə həyata keçirilir.  Kitabın hər vərəqi nömrələnir, kitab qaytanlanır, surğuclu möhürlə, imza ilə təsdiq edilir.  Götürülmüş əmlak barədə onların saxlanılmasına məhsul olan şəxs tərəfindən uçot kitabında qeydlər edilir. Məsul şəxs kitabda qeyd apararkən qəbul etdiyi əmlakın və onların işə əlavə edilməsi barədə qərardakı qeydiyyatla uyğunluğunu yoxlayır.