Ödəyicinin ödəniş hesabı olmadan həyata keçirilən pul köçürməsindən sonra təchizatçı pul köçürməsini təsdiq edən sənədi öz imzası və ştampı ilə təsdiq edərək ödəyiciyə təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Həmin sənədin ödəyici tərəfindən imzalanmış bir nüsxəsi təchizatçıda qalır. Müvafiq sənəddə Qanunun 17-ci maddəsi ilə yanaşı aşağıdakı məlumatlar əks olunmalıdır:
– pul köçürmə sisteminin adı (mövcud olduqda);
– ödəyicinin adı, ödəyici hüquqi şəxs və ya fərdi sahibkar olduqda VÖEN-i;
– ödəyicinin ünvanı və əlaqə nömrəsi;
– ödəyicinin şəxsiyyətini təsdiq edən sənədin adı və nömrəsi;
– vəsait alanın adı;
– istifadə olunduğu halda vəsait alanın ödəniş hesabının nömrəsi;
– pul köçürməsinin təyinatı;
– pul köçürməsinin edildiyi ölkə/şəhər və ya digər inzibati ərazi vahidi.