Rusiyanın Volqoqrad vilayətində 19 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə nəfəri öldürüb, bir neçə nəfəri girov götürən məhbusların kimliyi müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bunlar 1995-ci il təvəllüdlü Temur Xusinov, 2001-ci il təvəllüdlü Navruzi Rüstəmçon, 1995-ci il təvəllüdlü Toşev Ramzindindir və 1996-cl il təvəllüdlü Toşov Nazirçondur.
Onların Tacikistan və Özbəkistan vətəndaşları olduğu bildirilir.
Qeyd edək ki, yayılan məlumatlara görə, müəssisəsinin üç əməkdaşını öldürüb, bir neçəsini yaralı girov götürən İŞİD üzvləri 2 milyon dollar və helikopter tələb edirlər. Onlar helikopterlə Gürcüstana uçmağı planlaşdırırlar.