Soyuducularda temperatur rejimi ət və ət məhsullarının saxlanma şəraitinə uyğun olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Müəssisə daxilində havanın temperaturunu, nəmliyini ölçən, o cümlədən ət və ət məhsullarının çəkisini ölçən və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə avadanlıqları (civəsiz termometr, psixrometr, tərəzi) olmalı və müəssisə daxilində havanın temperaturu və nəmliyi barədə gün ərzində 3 dəfədən az olmayaraq qeydlər aparılmalıdır.