Təchizatçı tərəfindən maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin 22 fevral 2023-cü il tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nın tələblərinə də riayət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəniş əməliyyatı məsafədən və elektron formada aparıldıqda təchizatçı tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblərə riayət edilməlidir.