Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib.
Heftelik.az-ın məlumatına görə, Türkiyə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib ki, “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanın Prezidenti, əziz qardaşı İlham Əliyevə ürəkdən minnətdarlığını bildirir.
“İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə “BE-200” tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.