Göygöldə ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

“Renault Megane” markalı minik maşını “KamAZ” markalı yük avtomobilinin arxasına çırpılıb.

Nəticədə 1991-ci il təvəllüdlü Əvəz Əliyev, 1968-ci il təvəllüdlü Y.Qasımova və 1967-ci il təvəllüdlü A.Verdiyeva həyatlarının itiriblər.