Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.
“Azərsun Arena”da keçirilən matçda qonaqlar qələbə qazanıb – 1:0.
Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.
Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.