Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Heftelik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.

Araşdırma aparılır.