“Telegram” messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Fransanın “LCI” xəbər kanalı məlumat yayıb.
Parisə Bakıdan şəxsi təyyarəsi ilə həyat yoldaşı və mühafizəçisiylə birgə gələn Pavel Durov Le-Burje aeroportunun eniş zolağında dərhal saxlanılıb. Pavel Durov “Telegram” vasitəsilə narkotik alveri, uşaqlara qarşı cinayətlər və dələduzluqda iştirakda ittiham edilir. Pavel Durov bunlarla bağlı polislə əməkdaşlıqdan imtina edib.
Qeyd edək ki, Rusiya vətəndaşı olmuş Durov Fransa 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.