Goranboyun Qarabucaq kəndində bədbəxt hadisə baş verib.
Heftelik.az-ın Baku TV-yə istinadən verdiyi məlumata görə, toyuna hazırlaşan 29 yaşlı Seymur Paşayev yaşadığı evdə elektrik xətlərini düzəldən zaman onu cərəyan vuraraq öldürüb.
Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.
Mərhumun əmisi bildirib ki, sentyabr ayının 9-u qız, 13-ü isə Seymurun oğlan toyu olacaqmış. O, üç bacının bir qardaşı olub.
Daha ətraflı süjetdə: