600-dən yuxarı bal toplayan iki abituriyent ixtisas seçimində cəmi bir ixtisas seçdiyi üçün qəbul olmayıb.

Heftelik.az-ın məlumatına görə,  bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, onlardan biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer – Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: “Digər şəxs isə III ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməyib”.