Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 3-cü mikrorayonda yerləşən hündürmərtəbəli binada qeydə alınıb.
Özünü binadan atan şəxs hadisə yerindəcə ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Fakt üzrə araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 26.08.2024-cü il tarixində saat 00:10 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 22 yaşlı (kişi cinsli) şəxsin həkimə qədər ölümü qeydə alınıb.