Baytarlıq-sanitariya ekspertizası ət və ət məhsullarının dövlət baytarlıq müfəttişləri tərəfindən yoxlanılması, müayinəsi, onlara baxışın keçirilməsi və xüsusi müayinələrin aparılmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Baytarlıq nişanlaması Nazirlət Kabinetinin 2006-cı il 209 nömrəli qərarı ilə təsdiq edilmiş ”Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması” Qaydalarına uyğun olaraq heyvan və quş cəmdəyinin və ya onun ayrı-ayrı hissələrinin baytarlıq-sanitariya ekspertizasından keçirilərək qida üçün, yaxud digər təyinatı üzrə yararlı olub-olmamasının baytarlıq mütəxəssisləri tərəfindən müxtəlif formalı (oval, düzbucaqlı və s.) baytarlıq damğası və ya ştampla işarələnməsidir.