Gəminin Dövlət gəmi reyestrindən, berbout-çarter reyestrindən və ya gəmi kitabından çıxarılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən, berbout-çarter reyestrindən və ya gəmi kitabından mütləq çıxarılmalıdır:
– məhv olduqda və ya xəbərsiz itkin düşdükdə;
– konstruksiya cəhətdən istismara yararsız hala düşdükdə;
– yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə;
– Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə;
– Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəminin mülkiyyətçisinin və ya berbout-çarter reyestrində qeydiyyata alınmış gəminin fraxtedəninin ərizəsi (səbəbi göstərilməklə) əsasında;
– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
– gəmi çıxdaş edildikdə.