Suyun üzərindən sualtı neft kəmərinin təhqiqatının aparılması ən azı üç nəfərdən ibarət qrup tərəfindən, kiçik həcmli və ya motorlu gəmilərdən istifadə etməklə həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Suda işləyən bütün işçilər xilasedici jilet geyinməli, suda batan insanın xilas edilməsi və zərərçəkənə həkim gələnə qədər ilk tibbi yardımın göstərilməsi üsullarını mükəmməl bilməlidir.