Əmlakın qeydiyyatı kitabda xronoloji qaydada aparılır.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Bir neçə eyni əşya götürüldükdə onların sayı, daxil olma tarixi, adı yazılır (maddi sübutlar qablaşdırılmış vəziyyətdə olduqda, bağlama açılmaqla onların sayı və adı yoxlanılıb, bu haqda akt tərtib edilir), əgər çox miqdar adda götürülmüşdürsə, siyahı tutulur və əmlak kitaba bu siyahıya müvafiq yazılır. Bu zaman hər bir əşyaya sıra nömrəsi verilir. Əmlak cinayət işində qalırsa və saxlanılmağa təhvil verilmirsə, uçot kitabında məsul vəzifəli şəxsin soyadı göstərilməklə bu barədə qeyd edilir.