İstintaq zamanı götürülmüş tədavüldə olmayan külçə, şlix, təbii halda tapılan saf mədən, qırıntı, yarımfabrikat, istehsalat və ya laboratoriya təyinatlı məmulat şəkilində qiymətli metallar və digər təbii qiymətli daşlar müvafiq baxış keçirildikdən sonra, xüsusi təhqiqata ehtiyac olmadığı təqdirdə məhsul saxlanca təhvil verilir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pullar, baxış keçirildikdən dərhal sonra, lakin götürüldüyü andan 7 gündən gec olmayan müddətdə müvəqqəti saxlanması üçün DTX-nin Maliyyə qurumu vasitəsi ilə müvəkkil banka xüsusi açılmış depozit hesabına və ya saxlama kamerasına təhvil verilir.