“Qrant haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ödəniş hesabları üzrə qrant müqavilələri, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələr ilə bağlı ödəniş əməliyyatları yalnız müvafiq olaraq qrant verilməsi və ya alınması haqqında müqavilənin (qərarın) qeydə alınmasını və ya ianə barədə məlumatın təqdim edilməsini təsdiq edən sənəd təqdim olunduqda aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.