Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Türkiyəyə səfər edəcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycanla ikitərəfli münasibətlərlə yanaşı, cari regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq