Temperaturu müsbət 250°C-dən yuxarı və ya mənfi 60°C-dən aşağı olan səthlər üçün bir qatlı konstruksiyaların istifadəsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Çoxqatlı konstruksiyalarda sonrakı qatlar əvvəlki qatların tikiş yerlərinin üstünü örtməlidir. Qəliblənmə ilə formalaşmış sərt məmulatlarla izolyasiya edildikdə temperatur tikişləri yerlərində lifli materiallardan qoymalar nəzərdə tutulmalıdır.