Dənizçilik sahəsində hansı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Dənizçilik sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:
– Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamənin verilməsi;
– berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi;[18]
– Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi;
– minimum heyət tərkibi haqqında Şəhadətnamənin verilməsi;
– neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamənin verilməsi;
– gəmi Reyestrindən çıxarışın verilməsi;
– gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
– gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
– limanın (liman məntəqəsinin) “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
– dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;
– gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi;
– gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi;
– dənizçinin qeyd kitabçasının verilməsi;
– dənizçinin şəxsiyyət sənədinin verilməsi;
– kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi;
– mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması;
– mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması;
– kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi;
– kiçik həcmli gəmilərə gəmi reyestrindən çıxarış verilməsi;
– kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;
– Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi;
– Dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi;
– Gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsi;
– Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi.