Ekvayer ekvayrinq xidmətinin göstərildiyi təsərrüfat subyektlərinin fəaliyyətinin kart əsaslı ödəniş alətləri ilə əməliyyatların aparılması növündən asılı olaraq ümumi təhlilinin və risk qiymətləndirməsinin aparılması qaydasına malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Ekvayer öz xidmət şəbəkəsində kart əsaslı ödəniş alətləri ilə və ya kart əsaslı ödəniş aləti təqdim edilmədən ödəniş hesabından aparılmış şübhəli əməliyyatların, habelə ekvayrinq xidmətinin göstərildiyi ödəniş terminalına (bankomat, POS-terminal və s.) kənar müdaxilələrin müəyyən edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi qaydasına malik olmalıdır.