Dövlət gəmi reyestrinə və gəmi kitabına gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.), gəmi sahibi gəminin mülkiyyətçisi olmadıqda, onun adı və ünvanı, gəminin dövlət qeydiyyatına alınmış ipotekası haqqında məlumatlar, gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılmasının əsası və tarixi barədə məlumatlar daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.