Gəmi tamamilə məhv olduqda və ya tamamilə məhv olmasa da, təmirinə sərf ediləcək xərclər gəminin təmirdən sonrakı dəyərindən artıq olacaqsa (gəminin konstruksiya cəhətdən istismara yararsız hala düşməsi), ümumi qəza hesab edilən zərər gəminin zədəsiz vəziyyətdə qiymətləndirilmiş dəyərindən smetaya müvafiq olaraq və ümumi qəzaya aid edilməyən zədələrin aradan qaldırılmasına çəkilən xərclər və gəmidə qalan əmlakın satışından əldə edilən xalis məbləğ çıxılmaqla müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.