İcra məmuru inkasso sərəncamına icra sənədinin icra qanunvericiliyi ilə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətini əlavə edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

İnkasso sərəncamı qüsurlu olmadıqda icraçı təchizatçının məsul şəxsi onu dərhal icraya qəbul edir, qüsurlu olduqda və (və ya) icra sənədinin surəti əlavə olunmadıqda isə “İcraçı təchizatçının qeydləri” hissəsində səbəbini göstərməklə sərəncamı icra məmuruna geri qaytarır.